Logo

Yaponiyalı alim BDU-da yarımkeçirici nanohissəciklərin xassələrindən danışıb

16.03.2023 11:36 215 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) əməkdaşlar, gənc tədqiqatçılar və tələbələr üçün elmi seminar olub.

Tehsil.biz xəbər verir ki, seminarda Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şimin “Kolloid yarımkeçirici nanohissəciklər üçün spektroskopik ellipsometriya” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə yarımkeçirici nanohissəciklərin onların həcmi analoqları ilə müqayisədə unikal fiziki və kimyəvi xassələrə malik olması ilə əlaqədar kvant-məhdud ölçü təsirindən yaranan və ölçüdən asılı olaraq xarakterik xüsusiyyətlər nümayiş etdirmələri qeyd olunub.

Professor Yong-Gu Şim nanohissəciklərin nazik birqatlı və ya çoxqatlı təbəqələrindən yararlanmaqla kolloid yarımkeçirici nanohissəciklərin dielektrik funksiya spektrlərinin, eləcə də spektroskopik ellipsometriyadan istifadə edərək nazik təbəqələrin qalınlığı və nanohissəciklərin say sıxlığı kimi struktur parametrlərinin aydınlaşdırılması metodu haqqında da danışıb və sualları cavablandırıb.

Xəbər lenti