Logo

Gələn ildən AMEA-nın Ümumi yığıncağı fevral ayında keçiriləcək

16.03.2023 11:42 254 baxış
IMG

Gələn ildən AMEA-nın Ümumi yığıncağı fevral ayında keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O, sovet dövründən qalan ənənənin aradan qaldırılmasının zəruriliyini qeyd edərək bildirib ki, yığıncaqların gecikməsi elmi tədqiqatlara az vaxt ayrılmasına səbəb olur.

"İstəyirik ki, müzakirələr noyabrın 25-də başlasın, fevralın 15-də yekunlaşsın. Bununla da, elmi tədqiqatlara daha çox vaxt ayıra bilərik", - deyə akademik bildirib.

Xəbər lenti