Logo

BDU Türkiyənin Aksaray Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb

16.03.2023 12:07 324 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Aksaray Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

Tehsil.biz xəbər verir ki, protokolu BDU-nun rektoru  Elçin Babayev  və Aksaray Universitetinin rektoru Yusuf Şahin imzalayıb.

Protokol çərçivəsində təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Qeyd edək ki, əsası 2006-ci ildə qoyulmuş Aksaray Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 23000 tələbənin təhsil aldığı Aksaray Universitetində 12  fakültə, 3 institut, 17 araşdırma mərkəzi və 6 peşə kolleci fəaliyyət göstərir.

Xəbər lenti