Logo

BSU-da "Heydər Əliyev və Azərbaycan filologiyası" mövzusunda dəyirmi masa keçirilib - FOTO

16.03.2023 12:46 329 baxış
IMG

Martın 16-da Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin nəzdində Azərbaycan ədəbiyyatı kafedrasında "Heydər Əliyev və Azərbaycan filologiyası" mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva bildirib ki, tədbir dövlət başçımız İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında 29 sentyabr 2022-ci ildə imzaladığı Sərəncama uyğun olaraq keçirilir.

Tədbirin moderatoru, Azərbaycan ədəbiyyatı kafedrasının professoru Nizami Tağısoy " Heydər Əliyevin siyasi baxışlarında Azərbaycan ədəbiyyatına qayğı məsələləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Ulu Öndər Heydər Əliyevin elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın inkişafına göstərdiyi böyük diqqət və qayğı, klassik irsə, folklora, epik düşüncəyə yüksək dəyər verməsi, bu sahədə həyata keçirdiyi genişmiqyaslı tədbirlərin onun siyasi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi vurğulanıb.

Kafedranın dosentləri Fərrux Məmmədov, Gültəkin Əliyeva və digər çıxış edənlər görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi böyük xidmətlərlə bağlı fikirlərini bölüşüblər.

Dəyirmi masa mövzu ilə bağlı maraqlı fikir mübadiləsi ilə başa çatıb.

Xəbər lenti