Logo

“Grand-Agro” MMC ilə ADAU arasında memorandum imzalanıb

16.03.2023 14:36 336 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Grand-Agro” Məhdud Məsuliyyətli Cəmiyyət arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsində kadr hazırlığı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Yerli və xarici şirkətlərlə universitetin sıx əməkdaşlığını xüsusi diqqətə çatdıran Z.Qurbanov bildirib ki, məzunların müasir kənd təsərrüfatı mütəxəssisi tələblərinə cavab verməsi və işlə təmin olunması əsas məsələlərdəndir. Buna görə də Azərbaycan Dövlət Aqrar Universiteti aqrar yönümlü müəssisələrlə əməkdaşlığa xüsusi önəm verir.

“Grand-Agro” MMC-nin İcraçı direktoru Tofik Gamidov birgə əməkdaşlıqdan məmnunluq duyduğunu diqqətə çatdıraraq, birgə həyata keçirilə biləcək layihələrdən söz açıb.

Görüşdə təlim və seminarların keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və tələbələr və məzunların şirkətin kadr bankına daxil edilməsi məsələləri də müzakirə edilib.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Grand-Agro” MMC arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Xəbər lenti