Logo

BDU və Varşava Universiteti arasında əlaqələr genişlənir

16.03.2023 16:33 255 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Polşanın Varşava Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Varşava Universitetinin dəvəti və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada ezamiyyətdədir. Səfər çərçivəsində Aydan Xəndan Varşava universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Pyotr Taracha və Türk dilləri kafedrasının müdiri, professor Agata Bareja-Starzynska ilə görüşüb. Görüşdə hər iki fakültə arasında əməkdaşlıq müqavilələri müzakirə edilərək hazırlanıb.

Varşava Universitetinin rektoru, professor Alojzı Novak ilə görüş zamanı isə iki universitet arasında əməkdaşlıq memorandumunun imzalanması haqqında fikir mübadiləsi aparılıb. Daha sonra Aydan Xəndan Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq mərkəzinin “Azərbaycan və Polşa əlaqələrinin tarixi” mövzusunda keçirdiyi tədbirdə iştirak edib. Tələbə və müəllim heyətinə BDU haqqında ətraflı məlumat verən Aydan Xəndan Azərbaycan ədəbiyyatının dahi şairi Nizami yaradıcılığı haqqında mühazirə oxuyub. Mühazirədə Nizaminin yaradıcılığının polyak dilinə tərcümələri haqqında məlumat verilib, şairin dünya poeziyasına və fəlsəfi fikrinə verdiyi töhfələrdən bəhs edilib.

Tədbirin sonunda tələbələrin bir qisminə Azərbaycanla bağlı kitablar hədiyyə olunub.

Xəbər lenti