Logo

BDU Dillər Universitetində seminar-treninq keçirib

16.03.2023 17:08 346 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK)  yaranmasının 20 illiyinə həsr olunmuş “Elektron informasiya resurslarına əlçatanlığın təmin olunması” mövzusunda növbəti seminar-treninq keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva Az.KİK-in 20 ildə əldə etdiyi uğurlar və konsorsium üzvlərinə xidmət, EBSCOhost şirkətinin elektron resurslarından istifadə haqqında məlumat verib.

Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva Bakı Amerika Mərkəzinin yaranması, fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb.

EBSCO şirkətinin MDB ölkələri üzrə direktoru Andrey Sokolov EBSCO admin - inzibatçının funksionallığına ümumi baxış, statistika, avtorizasiya, tam mətnə istinadlar, elmi məlumat bazalarında elmi üslublar, elektron resursların populyarlaşdırılmasında qabaqcıl təcrübələrin təqdimatı və onlardan istifadənin səmərəliliyi ilə bağlı problemlərin müzakirəsinə dair interaktiv formada təlim-treninq keçirib.

”Emerald” nəşriyyatının Türkiyə  və Mərkəzi Asiya üzrə satış meneceri Mine Tonta isə təmsil etdiyi nəşriyyatın resursları, məqalə nəşri üçün jurnal seçimi, qoyulan tələblər, nəşriyyatın “open Access” jurnalları haqqında danışıb.

Sonda BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin və Bakı Amerika Mərkəzinin rəhbərliyinə belə bir tədbirin keçirilməsinə şərait yaratdıqları üçün minnətdarlığını bildirib.

Xəbər lenti