Logo

ADMİU rektoru Qazaxıstanın Almatı şəhərində rəsmi səfərdədir

16.03.2023 21:11 315 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova Qazaxıstanın Almatı şəhərində rəsmi səfərdədir.

ADMİU-dan "Tehsil.biz"ə bildirilib ki, səfər çərçivəsində TÜRKSOY-un təşkilatçılığı ilə "Türk Dünyası Sənət Universitetləri Birliyi" yaradılıb.

Bu münasibətlə keçirilən görüşə TÜRKSOY-un başqan müavini dosent Bilal Çakıcı, ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Qazaxıstan T.Jürgenov adına Qazax Milli Sənət Akademiyasının rektoru Əzəmət Satılbaldı, Qırğız Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru Tümenboy Koldoşov, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru professor Erhan Özden qatılıblar.

Görüşdə alınan qərarla Qazax Milli Sənət Akademiyasının rektoru Əzəmət Satılbaldı qurumun 2 illik başqanı seçilib.

Sonda Birliyin quruluş protokolu imzalanıb və “Türk Dünyası Sənət Universitetləri Birliyi”nin gerçəkləşəcək ilk iclası üçün yer və zaman təyin edilib. Qərara görə Birlik ilk iclasını may ayının sonlarında Özbəkistanda keçirəcək.

Xəbər lenti