Logo

Basketbol üzrə Tələbə Liqasının 16-cı turu keçirilib - VİDEO

16.03.2023 23:36 346 baxış
IMG

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, liqanın 16-cu turunda AzTU komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 82:71 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Xəbər lenti