Logo

Mingəçevirdə tələbələr və şagirdlər Novruz bayramını birgə qeyd ediblər - FOTO

17.03.2023 10:24 329 baxış
IMG

Martın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının və Mingəçevir şəhər 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Novruz- Elimizin milli bayramıdır” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə MDU-dan məlumat verilib.

Bildirilib ki, məktəbin həyətində təşkil olunan tədbirdə müəllim və şagird kollektivi, eləcə də universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

Tədbirin açılışında çıxış edən məktəbin direktoru Anar İsmayılov və MDU-nun Riyaziyyat kafedrasının baş müəllimi Məmməd Məhəmmədov Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Sonra tələbə və şagirdlərin təqdimatında Novruz bayramına həsr olunmuş müxtəlif rəqslər ifa edilib, şeirlər səsləndirilib, şirniyyatlar və əl işləri nümayiş etdirilib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti