Gələcəkdə bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək.
"Tehsil.biz"in məlumatına görə,bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.
Bildirilib ki, 2022-2023-cü tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 91,5 min nəfər məktəbəhazırlığa cəlb edilib.
"Məktəbəhazırlığa cəlb edilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir", - deyə qeyd olunub.