Logo

“İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var

17.03.2023 11:16 357 baxış
IMG

“İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

M.Abbaszadə buraxılış imtahanlarında istifadə olunan bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığını və müvafiq fənlər üzrə təhsil proqramı - kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyini bildirib.

"Bütün bunlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik”, - deyə DİM sədri qeyd edib.

Xəbər lenti