"Buraxılış imtahanlarından sonra kitabçaları abituriyentlərə vermirik, amma gizlicə suallar çəkilir".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.
"Gizlicə sualların çəkilməsi və daha sonra müzakirələr aparılmasının hüquqi baxımdan nə dərəcədə doğru olub-olmaması da qiymətləndirilməlidir", - deyə sədr əlavə edib.