Logo

BMU-nun tələbələrdən ibarət stolüstü tennis üzrə komandası III yerin qalibi olub

17.03.2023 13:10 394 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət stolüstü tennis üzrə komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Universiadasında III yerin qalibi olub.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, 12 ali təhsil müəssisəsinin tələbələri arasında stolüstü tennis idman növü üzrə keçirilmiş turnirdə BMU-nu Memarlıq və inşaat fakültəsinin İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Amanı Soltanov (II kurs), Elbəy Xələfov (I kurs), həmçinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan tələbəsi Babək Əliyev (V kurs) təmsil edib.

Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə hər il keçirilən universiada tələbələr arasında bədən tərbiyəsi və idmanın təşviq olunması məqsədi daşıyır.

Xəbər lenti