Logo

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

17.03.2023 16:33 169 baxış
IMG

Dövlət İmtahan Mərkəzində martın 17-də coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələlər coğrafiya fənni üzrə 19 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların, riyaziyyat fənni üzrə isə 21 iyul 2022-сi il tarixində keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

31 mart 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti