Logo

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

17.03.2023 17:47 202 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr edilib.

Tehsil.biz xəbər verir ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın Ümumi yığıncağı, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-da “Heydər Əliyev İli”nə töhfə olaraq salınan Nadir ağaclar parkı, “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası” mövzusunda elmi konfrans, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi, “Azərbaycan elmi mütəşəkkil, qüvvətli və çoxsahəlidir”, “Novruz türklərin ən qədim təbiət bayramı” sərlövhəli məqalələr, müsabiqə, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

Xəbər lenti