Logo

“Gənc istedadlar” liseyində “Yurdumuza yaz gəlir...” adlı ədəbi-bədii kompozisiya təşkil olunub - FOTO

17.03.2023 18:33 209 baxış
IMG

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyində Novruz bayramı ilə əlaqədar “Yurdumuza yaz gəlir...” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən liseyin direktoru Arif Bağırov Novruz bayramının xalqımızın ən gözəl bayramlarından biri olduğunu vurğulayıb. O, Novruzun təbiətə nur, torpağa hərarət, insanlara xoş ovqat bəxş etdiyini deyib.

Direktor bayram münasibətilə müəllim və şagirdləri təbrik edib.

Liseyin müəllimləri Reyhan Ramazanova, Yeganə Qəhrəmanlı, Günay Səmədova və başqaları xoş arzularını ifadə ediblər.

Sonra liseyin musiqi müəllimi Kəmalə Əliyeva tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya şagirdlərin iştirakı ilə təqdim olunub.

Xəbər lenti