Logo

BDU-da Novruz bayramına həsr olunmuş tədbir keçirilib - FOTO

17.03.2023 18:43 266 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Novruzun həyatın yenilənməsi, dirçəlişin rəmzi olduğunu qeyd edib, Novruz bayramının xalqımızın şüurunda bolluq və bərəkətin, xeyirxahlığın təcəssümü kimi kök saldığını, bu bayramın insanları daim birliyə, sülhə və əmin-amanlığa səslədiyini bildirib.

Daha sonra çıxış edən BDU-nun Filologiya fakültəsinin dosenti Məhəmməd Məmmədov Novruz bayramının qədim ənənələrindən danışıb, bu bayramın özünəməxsus xüsusiyyətlərindən söz açıb. O bildirib ki, Novruz zəngin tarixin, adət-ənənələrin, tarixi köklərin, milli-mənəvi dəyərlərin ifadəsi olan bayramdır. Xalqımız neçə min illərdir ki, bu bayramı böyük coşqu ilə qeyd edir. Bu bayram özündə ancaq il dəyişməsini, yazın ölkəmizə gəlişini deyil, həm də humanizmi, sabahkı günə inamı ehtiva edir.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti