Logo

“Heydər Əliyev-böyük tarixi şəxsiyyət” adlı tarix dərsi keçirilib - FOTO

17.03.2023 20:55 431 baxış
IMG

Martın 17-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə ”Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev-böyük tarixi şəxsiyyət” adlı tarix dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, muzeydə keçirilən tarix dərsində Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı mühazirəsini iştirakçıların diqqətinə çatdırıb. Sonra qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək ümummilli lider Heydər Əliyevin böyük şəxsiyyət olaraq Azərbaycan xalqının tarixində əvəzsiz iz qoyduğunu xüsusi vurğulayıb.                 

Yekunda şagirdlərin Ulu Öndərin həyat və fəaliyyətilə bağlı sualları cavablanrılıb, daha sonra şagirdlər muzeyə, həmçinin qalereyaya ekskursiya ediblər.

Xəbər lenti