Logo

UNEC-də professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq seminar keçiriləcək

18.03.2023 13:46 305 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) martın 28-də dünyaşöhrətli alim, professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq elmi seminar keçiriləcək.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, seminarda Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Şahnaz Şahbazova, Polşa Elmlər Akademiyasının Sistemlərin Tədqiqatı İnstitutunun professoru Yanuş Kacprjik, Meksikanın Tijuana Texnologiyalar İnstitutunun professoru Oskar Kastilyo, Rusiya Elmlər Akademiyasının professoru Vadim Stefanyuk, Rumıniyanın Aurel Vlaicu Universitetinin professorları Valentina Emilia Balas və Marius Balas mövzu ətrafında təqdimatla çıxış edəcəklər.

Məruzəçilər “Lütfi Zadənin elmi irsi: riyaziyyatın inkişafı, sistemlər nəzəriyyəsi, qərar qəbuletmə, nəzarət”, “Sözlərlə hesablamalar Lütfi Zadənin irslərindən biri kimi: zəngin tarix və parlaq gələcək”, “Qeyri-səlis Tip-3 Sistemi, Tip-1, Tip-2-nin təbii təkamülü kimi”, “Keyfiyyət informasiyasının istifadəsi ilə qarşılıqlı əlaqə”, “Lütfi Zadə və onun rumıniyalı dostları”, “Yol hərəkətinə nəzarətdə məkan və zaman” adlı məruzələrini seminar iştirakçılarına təqdim edəcəklər.

Tədbirə zoom.us/j/95406097852 (214436) linkinə keçməklə qoşulmaq olar.

Xəbər lenti