Logo

MDU kollektivi şəhid ailələrini ziyarət edib - FOTO

18.03.2023 19:16 261 baxış
IMG

Martın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə MDU-dan bildirilib.

Ailə üzvləri ilə görüşlərdə MDU kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış universitetin qəhrəman məzunlarının əziz xatirəsini böyük hörmət və minnətdarlıq hissləri ilə yad edib.

MDU ailəsi adından şəhid analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən universitetin rektoru Şahin Bayramov Vətənə layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirib.

Şəhid ailələrinin üzvləri dövlətin daim yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti