Logo

ADU-da tədbir: "Heydər Əliyev və milli-mənəvi dəyərlər"

18.03.2023 23:42 362 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil -1 fakültəsinin nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz, Qurban və Ramazan bayramlarının Azərbaycan tarixində ilk dəfə dövlət səviyyəsində qeyd olunması Ümummilli Liderin xalqın milli dəyərlərinə qayğı və hörmətinin təzahürüdür.

Sonda Ulu Öndər Heydər Əliyevin Novruz bayramı tədbirlərində iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Xəbər lenti