Logo

Azərbaycanda daha 54 nəfər COVID-19-a yoluxub

18.03.2023 23:55 220 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 54 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, son sutkada ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 217 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 756 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.

Ölkədə son sutka ərzində 1249, hazırkı dövrədək isə 7 548 451 test aparılıb.

Xəbər lenti