Logo

BSU-da elmi konfrans: “Heydər Əliyev: müstəqil Azərbaycanın memarı və qurucusu” - FOTO

19.03.2023 13:49 329 baxış
IMG

Martın 16- da Bakı Slavyan Universitetində (BSU) 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində BSU-da keçiriləcək konfransın tədbirlər planına uyğun olaraq “Heydər Əliyev: müstəqil Azərbaycanın memarı və qurucusu” mövzusunda elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda AMEA-nın Tarix İnstitutunun “Əliyevşünaslıq şöbə”sinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində yeri və rolu” adlı məruzə ilə çıxış edib. O, çıxışında bildirib ki, Ulu Öndər bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaradıb.

Sonra universitetin Beynəlxalq münasibətlər kafedrasının dosentləri, Şəhla Nuruzadə, Alpay Əhmədov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Elmi konfrans məruzələr ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti