Logo

Azərbaycanda şagird sinif yoldaşını bıçaqlayıb

20.03.2023 00:28 342 baxış
IMG

Naxçıvanda şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Azərbaycan küçəsində baş verib.

Naxçıvan şəhər 17 saylı tam orta məktəbin şagirdi, Naxçıvan şəhər sakini 2007-ci il təvəllüdlü Əli Əliyev münaqişə zəminində sinif yoldaşı tərəfindən bıçaqlanıb. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti