Logo

"Nazirlik gənclərin sağlam tərbiyəsi üçün kompleks addımlar atmalıdır"

20.03.2023 10:13 453 baxış
IMG

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş verən xoşagəlməz hadisəyə görə bilavasitə rektor Mustafa Babanlının günahlandırılmasını doğru hesab etmirəm".

Tehsil.biz xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.

Millət vəkili qeyd edib ki, Mustafa Babanlı sözügedən universitetdə mühüm islahatlara imza atan, təhsilimizə ən çox can yandıran, tələbələrlə bağlı müraciətlərə ən həssas reaksiya verən azsaylı rektorlardan biridir:

"Sözügedən xoşagəlməz hadisəyə gəldikdə bu bütövlükdə cəmiyyətdə gedən deqradasiyanın nəticəsidir. Bu hadisə hər birimizi üzür. Buna görə hamımız məsuliyyət daşıyırıq. Hesab edirəm, Elm və Təhsil Nazirliyi gənclərin sağlam tərbiyəsi üçün kompleks addımlar atmalıdır. Eyni zamanda universitetlərimiz belə halların baş verməməsi üçün diqqətli olmalıdırlar". 

C.Məmmədov bildirib ki, gənclərin əksəriyyətini  belə musiqilər korlamaqdadır:

"Bu gün gənclərin çoxu bu cür musiqilərə meyil göstərirlər. Ən acınacaqlısı da odur ki, bəzən radio və televiziyalarımız da belə musiqilərə geniş yer verirlər".

Həmçinin oxuyun: "Elə bilir ki, universiteti dədəsi buna bağışlayıb" - Rektor bu görüntülərə görə tənqid olundu - VİDEO

Xəbər lenti