Logo

Helsinkidə bayram şənliyi keçirilib, şagirdlərin ifasında Novruz mahnıları səsləndirilib - FOTO

20.03.2023 10:35 464 baxış
IMG

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, bayram şənliyində Türkiyənin, Şimali Kiprin Finlandiyadakı diplomatik missiyasının əməkdaşları, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçılarını milli geyimdə salamlayan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bayram münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib. 

Şənlik zamanı Azərbaycan icması gənclərinin fin dilində Novruz təqdimatı nümayiş etdirilib, Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında Novruza həsr olunmuş mahnılar səsləndirilib.

Şənlik iştirakçıları “Novruz gəlir, yaz gəlir” şeirini birlikdə söyləyiblər.  

Tədbir Almaniyadan gələn azərbaycanlı müğənni Seyran Ismayılxanovun konserti ilə yekunlaşıb.

Xəbər lenti