Logo

SOCAR-ın prezidenti Gənc İstedadlar Proqramına seçilmiş gənclərlə görüşüb - FOTO

20.03.2023 14:20 293 baxış
IMG

Martın 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tələbələr öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti Rövşən Nəcəfin görüşü keçirilib. GİP-in iştirakçılarını təbrik edən Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.

Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra, görüş müzakirələr formatında davam etdirilib.

Xəbər lenti