Logo

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz şənliyi keçirilib

20.03.2023 23:19 197 baxış
IMG

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Novruz bayramı münasibətilə şənlik keçirilib.

Bu barədə "Tehsil.biz"ə MBBİ-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə müəssisənin baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış edib. Akademik bildirib ki, qədim dövrlərdən bəri xalqımız Novruzu Yeni ilin başlanğıcı hesab edib. Bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olan Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır. Xalqımız artıq bu bayramı işğaldan azad olunmuş torpaqlarda qeyd edir.

AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun icraçı direktoru Ələmdar Məmmədov da bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

Kosa və Keçəlin məzəli söhbətləri və rəqsləri bayram şənliyinə xüsusi rəng qatıb. Tədbirdə, həmçinin xonça müsabiqəsi də keçirilib. İnstitutun laboratoriya və şöbələrinin təqdim etdiyi bayram xonçaları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Təchizat və xidmət şöbəsinin hazırladığı xonça müsabiqəsinin qalibi seçilib.

Xəbər lenti