Logo

Mərkəzi Aran bölgəsinin bağçalarında Novruz şənlikləri keçirilib

21.03.2023 20:10 542 baxış
IMG

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

Regional idarədən "Tehsil.biz"ə bildirilib ki, bağçalarda "Novruz gəlir, yaz gəlir", "Novruz adət-ənənələri" mövzularında tədbirlər və bədii-kompozisiyalar təşkil olunub.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edilib, şeirlər səsləndirilib, maraqlı səhnəciklər nümayiş etdirilib. Balaca fidanların ifasında milli rəqslər, xalq oyunları, keçəl və kosanın məzəli əhvalatları tədbirlərə rəngarənglik qatıb.

Xəbər lenti