Avstraliyalı teatr və kino aktyoru Piter Hardi 76 yaşında dünyasını dəyişib.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, aktyor akvalansda boğularaq ölüb.
Avstraliyanın Fremantl şəhərində çimərlikdə şnorkellə üzgüçülük turuna çıxan aktyorun ölümü onun akvalansda dalışı zamanı baş verib.
Həkimlər gələnə qədər huşunu itirmiş Hardi sudan çıxarılıb. Onu reanimasiya yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.