Logo

Teatr və muğamsevərlər üçün maraqlı proqramlar hazırlanıb - FOTO

22.03.2023 14:24 225 baxış
IMG

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, martın 23-də saat 14:00-da Sumqayıt Muğam Mərkəzində muğam ustalarının konserti təşkil olunacaq.

Elə həmin gün Şuşa Dövlət Musiqili Dram Teatrı Qusarda teatrsevərlərin qonağı olacaq. Kollektiv saat 14:00-da M.F.Axundzadənin “Lənkəran xanın vəziri” komediyası əsasında eyniadlı tamaşanı Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində nümayiş etdirəcək.

Martın 23-ü Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mingəçevirdə çıxış edəcək. Yaradıcı heyət İ.Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” tamaşasını saat 18:00-da Mingəçevir Dövlət Dram Teatrının səhnəsində göstərəcək.

Xəbər lenti