Martın 14-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində VI-IX sinif şagirdləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə onlayn respublika kuboku keçiriləcək.
Azərbaycanın bütün bölgələrini əhatə edən yarış iki mərhələdən ibarətdir. Birinci zona seçimi mərhələsində uğur qazanan komandalar final mərhələsində iştirak hüququ əldə edəcək. Birinci mərhələdə iştirak üçün 500-ə yaxın komanda müraciət edib. Müraciət edənlər sırasında Gəncə-Qazax məktəbliləri çoxluq (150 müraciət) təşkil edir.
Yekunda qaliblər kubok, medal və hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə keçirilir.