Logo

TƏBİB və DİN-dən Oqtay Əliyevin öldüyü qəza ilə bağlı AÇIQLAMA

22.03.2023 20:06 385 baxış
IMG

Qəza nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.

Tehsil.biz xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən qəza ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtomobili idarə edən sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub:

“Nəticədə onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxanaya yerləşdirilib”.

Xəbər lenti