Logo

BDU alimlərinin məqalələri nüfuzlu jurnallarda

03.03.2021 12:07 457 baxış
IMG

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nəzəri fizika kafedrasının əməkdaşları, fizika üzrə elmlər doktoru Azər Əhmədovun və dissertant Səriyyə Aslanovanın həmmüəllifi olduqları məqalələri Clarivate Analytics Web of Science elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub.

 

1. A.I.Ahmadov, M.Demirci, M.F.Mustamin, S.M.Aslanova, and M.Sh.Orujova. Analytical bound state solutions of the Dirac equation with the Hulthén plus a class of Yukawa potential including a Coulomb-like tensor interaction. Eur. Phys. J. Plus 136, 208 (2021). İmpakt Faktor: 3.228 (Journal Citation Reports, Clarivate Analytics 2019)

 

Məqalədə Hülten və Yukava sinif potensiallarının kombinasiyasından ibarət mürəkkəb potensiallı sahədə hərəkət edən relyativistik zərrəcik üçün Kulon tenzor qarşılıqlı təsiri nəzərə alinmaqla Dirak tənliyi dəqiq spin və psevdo spin simmetriya halları üçün adi və supersimmetrik kvant mexanikasında analitik şəkildə həll edilib. Hər iki halda zərrəciyin enerji spektri və spinor funksiyaları üçün analitik ifadələr tapılıb.

 

Zərrəciyin spinor  funksiyaları Yakobi polinomu və hiperhəndəsi funksiya ilə ifadə edilib. Hər iki kvant mexanikasında alınan analitik ifadələrin mütləq üst-üstə düşməsi göstərilib. Enerji spektrlərinin və spinor funksiyalarının kvant ədədlərinin müxtəlif qiymətləri üçün ədədi qiymətləri hesablanaraq alınan analitik ifadələrdən relyativistik və qeyri-relativistik limitlər hesablanıb.

 

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

 

https://doi.org/10.1140/epjp/s13360-021-01163-y

 

2. A.I.Ahmadov, S.M.Aslanova, M.Sh.Orujova, S.V.Badalov. Analytical bound-state solutions of the Klein-Fock-Gordon equation for the sum of  Hulthén and Yukawa potential within SUSY quantum mechanics. Advances in High Energy Phys. Vol. 2021, Article ID 8830063 (2021). İmpakt faktor: 1.422 (Journal Citation Reports, Clarivate Analytics 2019)

 

Məqalədə Kleyn-Fok-Qordon tənliyi Hülten və Yukava potensiallarının xətti cəmi və  orbital kvant ədədinin ixtiyari qiymətləri üçün mərkəzəqaçma potensialına yeni yaxınlaşma tətbiq etməklə supersimmetrik kvant mexanikasında  forma invariantlığı metodunu tətbiq etməklə analitik şəkildə həll edilib. Zərrəciyin enerji spektri və normallaşmış məxsusi funksiyası üçün analitik ifadələr alınıb. Zərrəciyin məxsusi funksiyası Yakobi polinomu və hiperhəndəsi funksiya ilə ifadə olunaraq normallanma sabiti üçün analitik ifadə tapılıb. Enerji spektrinin ekranlaşma parametrindən asılılıqları geniş intervalda öyrənilib.

 

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

 

https://doi.org/10.1155/2021/8830063

Xəbər lenti