Logo

"Kompüterləri müəllimlərə işdən ayrıldıqda sağlam qaytarmaq şərti ilə verə bilərik"

23.03.2023 19:07 1026 baxış
IMG

"Orta və ali təhsilin belini dirçəltmək üçün bir çox iş görülməlidir. Bunların bir qismi təəssüf ki, tez görülməyi mümkün olan işlər deyil. Sadəcə maliyədən asılı olan məsələlər isə tez həllini tapa bilər. Bunların başında maddi-texniki baza dayanır".

Tehsil.biz xəbər verir ki, bunu təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib.

Onun fikirlərinə görə, ölkəmizdə hər sinifdə müəllimin istifadəsi üçün internet və kompüter olmalıdır:

"350 milyonluq ölkədə Amerika dövləti nəinki siniflərə, liseyyaşlı şagirdlərin hamısına kompüter veriblər. Bu kompüterlər dərs xaricində məqsədlər üçün İT şöbəsi tərəfindən bağlanılıb. Ölkəmizdə məktəblərə paylanılan kompüterlər düşünürəm bir otaqda deyil, hər otaqda olmalıdır. Kompüterlərin başına nəsə gələcəyindən narahatıqsa, onda müəllimlərə müqavilə əsasında, işdən ayrıldıqda geri sağlam qaytarmaq şərti ilə verə bilərik".

Xəbər lenti