Logo

“Ramazan gündəliyi” rubrikası efirdə olacaq

23.03.2023 20:13 259 baxış
IMG

Ramazan ayı ərzində həftə içi hər gün İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” proqramında “Ramazan gündəliyi” rubrikası efirdə olacaq.

Bu barədə "Tehsil.biz"ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, “Din və cəmiyyət” verilişinin yaradıcı heyəti tərəfindən hazırlanan rubrikanın çəkilişləri işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşa şəhərində həyata keçirilib.

“Din və cəmiyyət” verilişinin yaradıcı heyəti tərəfindən hazırlanan rubrikada dini-mənəvi mövzular tamaşaçıların diqqətinə çatdırılacaq. 

Rubrika Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini, “Din və cəmiyyət” verilişinin aparıcısı Ceyhun Əliyev tərəfindən təqdim ediləcək.

Xəbər lenti