Logo

“Yeddi gözəl” Nizami yurdunda nümayiş etdirilib - FOTO

23.03.2023 21:15 278 baxış
IMG

Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramı ilə bağlı tətil günlərində bölgələrə qastrol səfərləri həyata keçirilir.

"Tehsil.biz"in məlumatına görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Qastrol proqramına əsasən, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olub. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirib.

Qeyd edək ki, premyerası 7 dekabr 2012-ci il tarixində gerçəkləşən tamaşa Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan teatrı 2009-2019-cu illərdə "Dövlət Proqramı” çərçivəsində, dövlət sifarişi ilə hazırlanıb.

Xəbər lenti