Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 829 303 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 969 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 181 nəfərdir.
Ölkədə son sutka ərzində 440, hazırkı dövrədək isə 7 551 235 test aparılıb.