Logo

Arıqlamaq məqsədi ilə oruc tutmaq olarmı? - AÇIQLAMA

24.03.2023 14:25 508 baxış
IMG

"Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, eyni zamanda oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir:

"Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır.  İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır".

Millət vəkili qeyd edib ki, oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır:

"Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq. Allah bütün dua və ibadətləri qəbul etsin!"

Xəbər lenti