Logo

Azeri Light neftinin UNEC proqnozu: COVİD 19 pandemiyasının neftin qiymətinə təsiri

07.10.2020 15:01 463 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azeri Light neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

UNEC proqnozunda 2016-2023-ci illər üzrə Azeri Light markalı neftin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVİD 19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.

2020-ci ildə Azeri Light neftinin dünya bazarında illik orta qiymətinin hər barel üçün 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.

Xəbər lenti