Logo

Professor: "Təhsil hesabına bayram etmək yanaşmasına son qoymaq vaxtıdır"

25.03.2023 10:23 487 baxış
IMG

"İmtahan sessiyası nəzərə alınmadan ali təhsildə dərs ili 40 həftədən ibarətdir. Tədris planı da məhz 40 həftə üçün nəzərdə tutulur".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, reallıqda 40 həftəlik dərs ili ərzində qeyri-iş günü olan bayramlar olduğu üçün faktiki dərs ili 40 həftədən az olur:

"Məsələn, 2022/2023-cü tədris ilində qeyri-iş günü olan bayramların sayı 12 gün və ya 2,4 həftədir. Başqa sözlə, nəzərdə tutulmuş 40 həftəlik dərs ili faktiki olaraq 37,6 həftədir. Həmin 2,4 bayram həftəsi üçün nəzərdə tutulmuş mövzular üzrə dərslər ən yaxşı halda faktiki olaraq 37,6 həftəlik dərslərlə birləşdirməklə "tədris olunur". Başqa sözlə, "40 həftəlik plan vaxtından əvvəl, yəni 37,6 həftədə yerinə yetirilir". Bu yanaşmanın təhsilin keyfiyyətinə mənfi təsiri bəllidir".

Rektor deyib ki, akademik-təqvim plan universitetlər tərəfindən sərbəst olaraq təsdiqlənə bilər:

"Yəni 40 həftəlik dərs ilinin başlama və bitmə müddəti bayram günləri nəzərə alınmaqla müəyyən edilə bilər. Belə olduğu halda dərs ili qeyri-iş günləri nəzərə alınmadan 40 həftə müəyyən edilə bilər. Dərs ili faktiki dərs ili kimi müəyyən edilsin. Belə olduğu halda faktiki dərs ili 40 həftə deyil, faktiki dərs günləri qədər, yəni bayram günlərini çıxmaqla 40 həftədən az (məsələn, cari tədris ilində olduğu kimi 37,6 həftə) müəyyən edilə və tədris planları da buna uyğun olaraq ixtisar edilə bilər".

"Həftəlik dərs yükünün artırılması da arzuolunmayan variantlar sırasındadır.
Beləliklə, təhsil hesabına bayram etmək yanaşmasına son qoymaq vaxtıdır. Təhsili bayrama çevirmək daha yaxşı variantdır", - deyə Ədalət Muradov qeyd edib.

Xəbər lenti