Logo

Gələn həftə xaricdə doktorantura təhsilinə qeydiyyat yekunlaşır

25.03.2023 17:05 264 baxış
IMG

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, proses aprelin 1-də yekunlaşacaq.

Nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə edə bilərsiniz.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected]  elektron poçt ünvanına müraciət etmək mümkündür.

Xəbər lenti