Logo

“Ulu Öndər – Müstəqil Azərbaycanın qurucusu” müsabiqəsinə məqalələr qəbul olunur

25.03.2023 17:42 235 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün təşkil olunan “Ulu Öndər – Müstəqil Azərbaycanın qurucusu” müsabiqəsinə məqalə qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, məqalələr aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Təqdim olunan məqalələr komissiya tərəfindən qiymətləndiriləcək. Seçilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində yer alacaq.

Qaliblərə diplom və pul mükafatı veriləcək.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]

Xəbər lenti