Bunları biz yox, sizin din qardaşlarınız söyləyirlər...
Bir əsrdən də çox olar ki, bu nankorların, çörəyi dizi üstə olanların xəbisliyi, nadanlığı, xəyanətkarlığı, acgözlüyü haqqında öz din qardaşları çox gözəl deyimlər söyləyib, onların iç üzlərini dünyaya bəyan ediblər. Təkcə rus poeziyasının deyil, həm də “dünya mədəniyyətinin mənəvi sərvətini zənginləşdirən düha sahibi, bəşəri ideyalara xidmət edən, böyük şair” Aleksandr Sergeyeviç Puşkinin “bu nadan və xəyanətkar toplumun iç üzünü açan məşhur, dahiyanə fikirləri “Sən qul, sən oğru, sən ermənisən!” bu toplumun kimliyini bəyan etmirmi?
Əslində, rus poeziyasının dahi şairi A.S.Puşkin erməni xislətini 1837-ci ildə qələmə aldığı “Qafqaz pritçaları” sərlövhəli şeirində daha geniş açıqlayır. Bildiyimiz kimi, A.S.Puşkin 1829-cu ildə Qafqaza səyahətə çıxır. Səyahət zamanı Qafqazda yaşayan “xalqlarla görüşür, onların həyat tərzi, adət-ənənəsi, milli xüsusiyyətləri ilə maraqlanıb”. Azərbaycan xalqında gördüyü mərdlik, cəsurluq, qonaqpərvərlik, sözübütövlük, gözütoxluq şairi heyran edir. Hətta qarabağlı Fərhad bəyin şücaəti, hünəri şairi o qədər məftun edir ki, sonra Fərhad bəyin simasında bütün azərbaycanlıları cəngavər, igid adlandıraraq şeir həsr edir.
Ermənilərin ləyaqətsizliyi, acgözlüyü, qorxaqlığı və ən əsası haqsızlığı, şər xatası şairi lap hövsələdən çıxarır. “Erməni! Meymun nəslinin nümayəndəsi – sən sadəcə nəsillərin leşisən. Nə vaxt bitəcək yalanların, əfsanələrin?” deyən şair hələ o zaman onların torpaq iddiasına cavab olaraq söyləyirdi: “Nə vaxt sən anlayacaqsan ki, Ağrı dağı sizin olmayacaq!”.
Şərləri, yalanları ilə bütün dünyanı qarışdıran bu ləyaqətsizlərə şair var gücü ilə, üsyankarcasına deyirdi: “Ermənilərsiz və şərsiz dünya ümidlərə ruhlandırır. Yer kürəsində xoşbəxtlik olacaq və bütün xalqlar arasında sülh olacaq. Siz nəhayət anlayın ki, bu dünyada sizə yer yoxdur!”.
Bax elə ona görə də hələ Sovet dövründə (bütün xalqların “qardaş”, “dost” olduğu zamanda) Ermənistanda A.S.Puşkinə qarşı dəhşətli bir kin-küdurət var idi. Hətta onun yaradıcılığı məktəblərdə belə, tədris edilmirdi.
Amma bu bədbəxtlər dərk eləmir ki, onların rəzilliyini yalnız A.S.Puşkin dünyaya bəyan etmirdi. Haqqın, ədalətin yanında olan, vicdanının səsinə qulaq asan, haqqı nahaqqa qurban verməyən hər kəs onların bu çirkinliklərini çəkinmədən açıb söyləyib, söyləyir və söyləyəcəklər də.
1919-1920-ci illərdə dəfələrlə Qafqazda, o cümlədən Azərbaycanda münaqişə zonasında olan ingilis hərbi jurnalisti Skotland Liddellin “Erməni-tatar savaşı. Qarabağda sülhün bərqərar olması” sərlövhəli məqaləsində çox dəqiq və obyektiv fikirlər söyləyib: “Ermənistan əbədi olaraq toqquşma axtarır, nə vaxt ki, ona nail oldu, onu öz təbliğatlarında “təzyiq aləti” adlandırır...”.
Bir faktı da qeyd edim ki, həmin məqalənin rusca mətni hazırda Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivində mühafizə edilərək saxlanılır. Bu gün çox yerinə düşərdi ki, həmin məqaləni rus, ingilis, fransız, alman dillərinə tərcümə edərək dünya mətbuatında çap etdirək, onların iç üzünü öz din qardaşlarının dili ilə dünyaya bəyan edək.
Elə rus generalı Mayevski də həmin illərdə əksər dindaşlarından fərqli olaraq həqiqəti deməkdən çəkinməyib: “Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədən şərqli xristianlar olub. Onlar törətdikləri hadisələri kim əsiz müsəlmanların boynuna yıxdılar”.
Rus tarixçisi-jurnalist V.Veliçkon isə din qardaşlarını-erməniləri, hətta qaraçı, dilənçi, abrsız belə, adlandırıb: “Mənəvi təməllərin qaraçısayağı dilənçiliklə ələ keçirilməsi, ədəbazlıq və abırsızlıq erməni siyasətinin müttəfiqləridir. Bu, tam bir siyasətdir, özü də hədə-qorxu ilə bağlı”.
Tanınmış alman alimi Adam Mets dahi şair A.S.Puşkinin fikirlərinə dəstək olaraq erməniləri abır-həyası olmayan qul adlandıraraq yazırdı: “Ermənilər ağlar içərisində ən pis qullardır. Abır-həyaları yoxdur, oğurluqları çox yayılmışdır, onların xasiyyəti, dilləri kobuddur”.
Yediyi çörəyə, oturduğu torpağa xəyanət edən bu gədalar unudurlar ki, hələ 1665-ci ildə fransız səyyahı Jan Şarden yazırdı: “İrəvan Azərbaycan şəhəridir, İrəvan qalasında 800-ə qədər ev var və bu evlərdə yalnız müsəlmanlar yaşayırlar. Qalada məscidlər, bağlar, fəvvarəli mərmər hovuz, Sərdar sarayının güzgülü zalı, Azərbaycan adət-ənənələrinə uyğun bütün tikililər diqqətçəkəndir...”.
Hörmətli oxucum, bu siyahını uzatsaq, nəinki bir qəzet səhifəsi, hətta bir kitab da yazmaq olar. Amma əsas məsələ bu deyil. Əsas odur ki, dünyada hər cür alçaqlığa və rəzalətə malik olan erməni bundan nəticə çıxaracaqmı? Yox! Çünki onun mayası qorxaqlıq, ləyaqətsizlik, acgözlük və xəbisliklə qoyulub.
Ey çörəyi dizi üstə olan, Tanrı haqqını belə, unudan şərəfsiz, nankor "qonşu" – erməni. Sənin kimliyini və necə alçaqlıqlara sahib olduğunu öz din qardaşların dünən də, bu gün də bütün dünyaya bəyan edir. Buna sözün nədir?
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist