Logo

Ceyhun Məmmədov: "Oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır"

26.03.2023 09:31 311 baxış
IMG

"Orucu yalnız qida qəbul etmək pozmur".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, yalan danışmaq, insanları aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucu pozur:

"Oruc cismən, fikrən və əmələn tutulmalıdır. Məhəmməd Peyğəmbər (s) buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur". İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması, paklaşması və günahlardan arınmasıdır. Bir sözlə, oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, əgər bir insan oruc tutursa, ancaq bu onun əməllərində özünü göstərmirsə, onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur".

Xəbər lenti