Logo

Təhsil Nazirliyi məktəblərdə "8 Mart" münasibəti ilə pul yığılmasına münasibət bildirib

03.03.2021 13:39 644 baxış
IMG

Təhsil Nazirliyi məktəblərdə şagirdlərdən 8 Mart bayramına görə pul yığılması ilə bağlı məsələyə münasibət bildirib.

 

Nazirlikdən Tehsil.biz-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir.

 

Məlumatda qeyd edilib ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəblərdə şagirdlərdən pul yığılması faktı olsa, valideynlərin Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt" xidmətinə müraciət edilməsi (anonim olmadan) tövsiyə olunur.

Xəbər lenti