Logo

QMİ sədri Türkiyə cəfəriləri icmasının lideri ilə görüşüb - FOTO

26.03.2023 14:25 261 baxış
IMG

Martın 25-də Qafqaz Müsəlmanları idarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə cəfəriləri icmasının lideri Səlahəddin Özgündüz və icmanın bir sıra digər nümayəndələri ilə iftar süfrəsində görüşüb.

QMİ-dən "Tehsil.biz"ə bildirilib ki, səmimi şəraitdə keçən görüş zamanı QMİ sədri Türkiyə cəfərilər icmasının fəaliyyəti, icmanın Azərbaycana qardaş münasibət bəslədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı verdiyi mənəvi dəstək haqqında məlumatlı olduğunu ifadə edırək, buna görə qarşı tərəfə öz minnətdarlığını bildirib.

Cənab Özgündüz Azərbaycan və bütün Qafqaz müsəlmanlarının lideri  Şeyxülislam həzrətlərilə görüşməkdən şərəf duyduğunu ifadə edib.

Şeyxülislam A.Paşazadə Türkiyə cəfəri icmasının həyat və fəaliyyəti ilə maraqlanıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra azad olunmuş Qarabağ torpaqlarındakı erməni vandalizminin mədəni-tarixi irsimizə vəhşicəsinə vurduğu zərər və ziyan haqqında, eləcə də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında burada aparılan yenidənqurma və bərpa, xüsusilə də minalardan təmizləmə işlərinin gedişatı barədə söz açıb.  QMİ sədri Laçın koridoru ilə bağlı gerçəkləri də Türkiyə cəfəri icmasının rəhbərinin nəzərinə çatdırıb.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən, Türliyə cəfəri icması nümayəndə heyətinin yaxın zamanda Azərbaycana səfərini müzakirə ediblər.

Xəbər lenti