Logo

Namaz qılmayan şəxs oruc tuta bilərmi?

27.03.2023 09:22 316 baxış
IMG

"Zaman-zaman ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur".

 Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur:

"Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. Ona görə daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək".

Xəbər lenti