Logo

Bakı bulvarında intihar edən şəxs müəllim imiş...

27.03.2023 10:02 10228 baxış
IMG

Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edən şəxsin müəllim olması üzə çıxıb.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, estakadadan özünü dənizə ataraq həyatına son qoyan Lənkəran rayon sakini 50 yaşlı Rəhimov Rasim Həsən oğlu coğrafiya müəllimi olub. O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.

İlkin ehtimala görə, R.Rəhimov ailədaxili problemləri ilə əlaqədar həyatına son qoyub. 

Faktla bağlı araşdırmalar davam etdirilir

Xəbər lenti